Layihə haqqında

“Ticarət Statistikası Portalı” ölkənin Xarici İqtisadi Fəaliyyəti haqqında məlumatlar yalnız sahibkarlara deyil, həmçinin dövlət orqanlarına əlçatanlığını artırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən hazırlanmış layihədir.

DGK-nın "Ticarət Statistikası Portalı"nı yaratmaqda əsas məqsədi maraqlı tərəflər üçün Azərbaycan Respublikasının ticarət dövriyyəsini vizual olaraq sadə və maraqlı şəkildə təqdim etməkdir.

Bu portal Xarici İqtisadi Fəaliyyət iştirakçılarına ölkədəki bazarı təhlil etmək, eyni zamanda bir rəqəmsal məkanda statistik məlumat əldə etmək imkanı verəcək. Həmçinin, portal Xarici İqtisadi Fəaliyyət (XİF) və işgüzarlığı tənzimləyən dövlət orqanları arasında səmərəli məlumat mübadiləsi mexanizminin yaradılmasını nəzərdə tutur, ixrac–idxal və tranzit əməliyyatlarını əhatə edir.

Beləliklə, “Ticarət Statistikası Portalı” ticarət iştirakçılarına statistik məlumatları vizual olaraq təqdim edilməsini, ticarətin rəqabət qabiliyyətini artırılmasını təmin edir və həmçinin investorlara effektiv bazar araşdırmaları aparmağa imkan verir.

Ticarət Statistika Portalının təklif etdiyi vizual məlumatlar

Azərbaycan Respublikasının ticarət tərəfdaşları ilə münasibəti
Xarici ticarətin gömrük statistikasının göstəriciləri
Büdcə daxilolmaları haqqında məlumat
Xarici iqtisadi fəaliyyət haqqında məlumatlar
Ticarət əməliyyatlarının həcmi
Avtomobil idxalı haqqında məlumat
Mal qrupları üzrə ixrac və idxal
Yük daşımaları haqqında məlumat

Təkliflər və iradlar

Gəlin birlikdə bu platformanı daha funksional edək. "Əlaqə səhifəsinə" keçid edərək təklif və iradlarınızı bizə göndərə bilərsiniz.